19.2 C
Baku
Sunday, May 18, 2025

BVF 2016-2017-ci illər üçün Azərbaycanda inflyasiya üzrə proqnozları yaxşılaşdırıb

Beynəlxalq Valyuta Fondu (BVF) 2016-cı il üçün Azərbaycanda orta illik inflyasiyanı 10,2%, 2017-ci il üçün – 8,5% səviyyəsində proqnozlaşdırır. Bu barədə Fonddan məlumat verilib.

Agentliyin BVF-dən əldə etdiyi məlumata görə, oncə Fond 2016-cı il üçün Azərbaycanda orta illik inflyasiyanı 12,8%, 2017-ci il üçün 9,5%-ə qədər azaltma proqnozlaşdırırdı.

Fondun qiymətləndirməsinə əsasən, 2018-2020-ci illərdə Azərbaycanda inflyasiya templərinin azalması tendensiya qalacaq. Bu dpvrdə orta illik inflyasiya müvafiq olaraq 4,2%, 4,1% və 4% səviyyəsində gözlənilirdi.

2016-ci üçün BVF Azərbaycanda resessiya proqnozunu 2,4% səviyyəsində saxlayıb. Bununla belə, cari il qeyri-neft sektorunda azalma 3,6% təşkil edəcək. Neft sektorunda da 0,4% səviyyəsində azalma gözlənilir.

2017-ci ildən başlayaraq, Azərbaycan iqtisadiyyatı artım nümayiş etdirəcək. Xüsusilə, gələn il üçün ÜDM-in artımı 1,4%, 2018-ci il üçün – 1,8%, 2019-cü il üçün – 2%, 2020-ci il üçün – 3,4% səviyyəsində proqnozlaşdırılır.

Bununla yanaşı, gələn il qeyri-neft sektoru 2,4%, 2018-ci il üçün – 1,8%, 2019-cü il üçün – 2%, 2020-ci il üçün – 3,4% artım nümayiş etdirəcək.

2017-ci ildə neft ÜDM-in azalması 0,1% səviyyəsində gözlənilir. Lakin, artıq 2018-ci ildə neft ÜDM-in artımı 3%, 2019-cu il üçün – 4,3%, 2020-ci il üçün – 1% səviyyəsində proqnozlaşdırılır.

2016-cı il üçün Azərbaycan hökuməti ÜDM-in artımını 1,8%, orta illik inflyasiyanı 12,1% səviyyəsinhdə proqnozlaşdırır.

2015-ci ildə Azərbaycanda ÜDM-in artımı 1,1%, inflyasiya 4% təşkil edib.

“İnterfaks-Azərbaycan”

Son xəbərlər
Digər xəbərlər