Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) “Holcim Azerbaijan” ASC-nin kapitalında bankın payını cari 10%-dən 20%-dək artırılmasını təsdiq edib.
“AYİB şirkətin biznesində öz iştirakını genişləndirmək məqsədilə ASC-yə əlavə investiya yatırmağı planlaşdırır. Sentyabrın 7-də bankın Direktorlar Şurası şirkətin kapitalında AYİB-in payının 20%-dək artırılmasını təsdiq edib”, – deyə bankın saytında deyilir.
Bu qərar şirkətə dəstəyin davam etdirilməsi, həmçinin onun enerji səmərəliliyinin artırılması məqsədilə qəbul edilib.
Bundan başqa, AYİB bu qərarı Azərbaycanın qeyri-neft sektorunun inkişafına dəstəyin davamı kimi qiymətləndirmək olar.
“Holcim Azerbaijan” ASC hazırda Azərbaycanda ən iri sement istehsalçısıdır. Yerli bazarda sement istehsalının 35-40%-i onun payına düşür. ASC-nin səhmlərinin 66%-i “LafargeHolcim” şirkətinə, 10%-i AYİB-ə, 10%-i “Holcim Auslandbeteiligungs Gmbh” şirkətinə, 14%-i digər səhmdarlara məxsusdur.