9 C
Baku
Thursday, December 12, 2024

Azərbaycan iqtisadiyyatı zəifləyib

2016-cı ilin yanvar-avqust aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 38 mlrd. 27,8 mln. manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,1% az ümumi daxili məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata görə, azalmanın əsas səbəbi tikinti sektorunda istehsalın keçən ilin eyni dövrü ilə müqayisədə 32,3% azalması olub. Əlavə dəyərin 38%-i sənayedə, 11,7%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 9,4%-i tikinti, 6,9%-i nəqliyyat və anbar təsərrüfatı, 5,7%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,7%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,9%-i informasiya və rabitə, 16,4%-i isə digər sahələrdə istehsal edilib.

Məhsula və idxala xalis vergilər ÜDM-in 7,3%-ini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 3 min 953 manata bərabər olub.

Son xəbərlər
Digər xəbərlər