12 C
Baku
Wednesday, December 11, 2024

Deloitte “MDB ölkələrindəki bankların mobil əlavələri” adlı hesabatını açıqlayıb

Deloitte MDB “MDB ölkələrindəki bankların mobil əlavələri” adlı hesabatını açıqlayıb. Araşdırmalarda MDB-nin 4 böyük ölkəsi –  Rusiya, Qazaxıstan, Ukrayna və Azərbaycanın aparıcı bankları öyrənilib. Bunlar   Ukraynadan PrivatBank, Qazaxıstandan Xalıkbank və Azərbaycandan Unibank-ın mobil əlavələrı öyrənilib.    

Banker.az “Deloitte” hesabatına istinadən xəbər verir ki, təhlillərin nəticələrinə görə, MDB regionunda fəaliyyət göstərən banklarda mobil əlavələrın yaradılması Rusiya bankları ilə eyni səviyyədə inkişaf etməkdədir. Xüsusilə sevindirici haldır ki, Azərbaycanın Unibank və  Ukraynanın PrivatBank-nın mobil əlavələrindəki funksional, interfeys və naviqasiya Rusiyanın lider banklarından sayılan “Тинькофф Банк”ının həllərinə oxşayır.

Hesabatda Azərbaycanın Unibank-ı tərəfindən tətbiq olunmuş sənədlərin əslini təqdim etmədən hesab açarkən müştərinin müəyyənləşdirilməsi (identifikasiya) imkanı maraqlı həllərdən biri kimi qiymətləndirilib. Bu maraqlı mobil əlavəni yalnız Unibank təqdim edir və bu həll qonşu Rusiya bazarında hələ tətbiq olunmayıb.

Azərbaycan, Ukrayna və Qazaxıstanın ən qabaqcıl əlavələr təqdim edən 3 bankı Deloitte-un Bakı, Kiyev və Almatı Konsaltinq mütəxəsssislərinin həyata keçirdiyi mobil əlavələrin ekspress-təhlili əsasında seçilmişdir.

Deloitte Azərbaycanın  Məsləhət xidmətləri (Consulting) üzrə Dirketoru Tural Hacıyev bu nəticəni Unibank-ın Azərbaycan bazarında texnoloji baxımdan aparıcı yerlərdən birini tutması kimi dəyərləndirib.

Xatırladaq ki, bu Deloitte MDB-nin “MDB ölkələrindəki bankların mobil əlavələri” adlı artıq 4-cü hesabatıdır.

Son xəbərlər
Digər xəbərlər