1996-cı ildən fəaliyyətə başlamış Embawood şirkəti artıq 20 ildir ki, müştərilərinin xidmətindədir. Bu period ərzində şirkətdə böyük dəyişikliklər baş vermişdir. Şirkət müştəri yönümlü strategiyanı özünün əsas prinsipi olaraq seçmiş və bu istiqamətdə əsaslı işlər görmüşdür.
Mebeldə arzulanan tərzi duya bilmək üçün keyfiyyət sistemi yeniləndi. Almaniyadan dəvət olunmuş konsaltinq şirkəti keyfiyyət sistemini daha yüksək səviyyəyə qaldırmaqla, istehsalata sözün əsl mənasında “alman keyfiyyəti”ni gətirdi.
Xidmət səviyyəsi daha yüksək pilləyə qaldırıldı. Müştəri xidməti xətti və satışdan sonrakı xidmət sistemi quruldu. Fəaliyyət göstərilən bütün ölkələrdə mebel alışından sonra 24 saat ərzində pulsuz çatdırma və quraşdırma xidməti göstərilir. Standart olaraq məhsulların zəmanət müddəti 2 ildir.
Məhsul portfelində çeşid çoxluğu, müasir və dəbdəbəli dizayn, keyfiyyətə nəzarət, satışdan sonrakı xidmət, müştəri yönümlülük kimi prinsiplər Embawood şirkətinə məhsullarını xarici ölkələrə də təklif etmək imkanı yaradır.
İş yeri: Bakı, Azərbaycan
Vəzifə adı: Marketinq Meneceri
Iş qrafiki: 5 günlük / saat 09:00 – 18:00
Işin təsviri:
– Bazarın araşdırılması, müştəri və rəqib analizlərinin aparılması;
– Məhsul portfelinin müəyyən olunması və satışa təqdim olunması;
– İllik marketinq planının hazırlanmasında iştirak etmək;
– Satış yönümlü marketinq kompaniyalarının hazırlanması;
– PR aktivliklərin keçirilməsi və Reklam fəaliyyətinin təşkili;
– Birbaşa rəhbərə hesabatların hazırlanması;
Tələblər:
– Ali təhsil;
– Marketinq sahəsində 3 il iş təcrübəsi
– Azərbaycan,Rus,İngilis dillərini bilməli;
– Kompyuter proqramları: Excell,Word,Power Point,Outlook
– Ünsiyyət yaratmağı bacaran
– İşə diqqətlə yanaşan
– Komandada işləməyi bacaran
– Marketinq, PR və satış sahələrinə aid bilikləri, yüksək yaradıcılıq qabiliyyəti olan
Yaş həddi: 21-35 yaş
Xahiş olunur CV göndərərkən mövzu yerinə tələb olunan vakansiyanı ”Marketinq Meneceri“ qeyd edib bu ünvana göndərəsiniz [email protected] .