Dünyanın qabaqcıl investisiya banklarından olan “Goldman Sachs” neftin qiymətindəki bahalaşmanın 55 dollarda yavaşlayacağı qənaətindədir.
AZƏRTAC xəbər verir ki, bu barədə bankın şərhində deyilir. Bank neftin qiymətindəki bahalaşmanın ABŞ-da şist nefti istehsalçılarının, eləcə də ötən on il ərzində qoyulan investisiyalardan qaynaqlanan təklif çoxluğunun təsiri ilə 55 dollar/barreldə yavaşlayacağını nəzərdə tutur. 2017-ci ildə isə bazarda daha çox neft təklifi yaranacaq.