The Daily Telegraph jurnalının müxbirləri xorvatiyalı Frane Selakı dünyanın ən bəxtəvər insanı adlandırıb. Mənim şəxsi fikrimcə, əgər o bəxtli olsaydı, heç bu qədər qəzaya düşməzdi.
Onun bəxti ilk dəfə 1964-cü ildə gətirib. Həmin dövrdə onun olduğu qatar relsdən çıxaraq, çaya düşmüş və qəza nəticəsində 17 insan həlak olmuşdu. Amma Frane sahilə sağ-salamat üzüb çıxa bilmişdi.
Daha sonra isə Franenin başına belə hadisələr gəlib:
- Təyyarədən qar uçqununa düşüb, həmin zaman təyyarənin qapıları gözlənilmədən açılıb, bu fəlakət zamanı 19 nəfər həlak olub;
- Avtobus çaya düşdükdən sonra üzərək sahilə çıxıb;
- Alışıb-yanan avtomobilin içindən benzinin bakının partlamasına cəmi bir-neçə saniyə qalmış çıxmağa müvəffəq olub;
- onun avtobus vurduqdan sonra bir neçə yüngül zədə ilə canını qurtarıb;
- dağ yolundan avtomobili ilə aşıb, avtomobildən özünü ataraq ağacdan tutmağa macal tapıb;
Nəhayət 2003-cü ildə Frane ömründə ilk dəfə lotereya bileti alır və 600 min funt sterlinq pul udur.