11 C
Baku
Tuesday, November 26, 2024

Nəyə görə zəif internet sağlamlığa ziyandır?

İnternetlə problem səbəbindən qəfil olaraq yarıda kəsilən internet kimi istəsən hövsələdən çıxarar. Lakin qıcıqlanmaq və əhvalın korlanması ən qorxulusu deyil.

Zəif internet hər kəsi qıcıqlandırır. Üstılik videoya baxan zaman. Ericsson şirkətinin mühəndisləri bu məsələyə biganə qalmayıb və bu səbəbdən də internetin pis işləməsi səbəbindən donan videoların istifadəçilərə necə təsir etdiyini araşdırmışlar. Alimləri ilk növbədə potensial alıcıların davranışının necə dəyişdiyi maraqlandırırdı.

Belə məlum olur ki, zəif internetdən istifadə edərək video yükləməyə çalışmaq zamanı yaşanan stress dəhşətli səhnələri olan filmə baxarkən yaşanan stressə bərabərdir.

İsveçlilər tərəfindən həyata keçirilən eksperiment “Stress of Streaming Delays” – “Videoaxını zamanı yaşanan stress” adlanırdı. Araşdırmaçılar mobil internet ilə video çarxlara baxan araşdırma iştirakçılarının ensefaloqramını və kardioqrammasını çəkmişlər. Videonun yayınlanması dayandığı zaman onların ürək ritmlərində dəyişiklik qeydə alınmışdı. Video yenidən donduqda isə stress səviyyəsi artırdı. Beləliklə, insan güclü emosional gərginlik yaşayırdı ki, bu da əsəb sistemi və ürəyə mənfi təsir edirdi. İnsan ilkin mərhələdə stress yaşayacağını dərk etsə də sonrakı mərhələdə artıq bu stress idarəedilməz hal alır.

Araşdırmaçılar izləməyə çalışdığı videosu 6 dəqiqədən çox donan insanları müşahidə etdikdən sonra belə nəticəyə gəlmişlər ki, stress səviyyəsi gah yüksəlir, gah enir. Nəticədə bu iştirakçılar qeyri-verbal üsullarla artıq videoya baxmaq istəmədiklərini bildirmişlər. Bu zaman onların fikri yayınmağa başlayır.

Bu araşdırma olmadan da hər kəsə məlumdur ki, izləmək istədiyimiz video zəif internet səbəbindən bir neçə dəfə donduqda artıq ona qarşı marağımız azalır və son nəticədə onu izləməkdən imtina edirik.

Qısası, zəif sürətli internet səbəbindən öz psixologiyanıza zədə vurmağın heç bir faydası olmayacaq.

Son xəbərlər
Digər xəbərlər