10 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycan Beynəlxalq Bankının xidmətləri ASAN ödəniş terminallarında

“Azərbaycan Beynəlxalq Bankı” ASC ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) tabeliyində fəaliyyət göstərən “İnnovasiyalar Mərkəzi” MMC arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.

Müqavilə ölkə ərazisində ASAN ödəniş terminallarından istifadə üzrə əməkdaşlığı nəzərdə tutur. Belə ki, İnnovasiyalar Mərkəzi respublika ərazisində ASAN ödəniş terminallarının və bu terminallar vasitəsilə təklif olunan xidmətlərin sayını artırmaq niyyətindədir. Terminalların inkassasiya xidmətini və terminallar vasitəsilə həyata keçirilən ödənişlərin bank-xəzinə əməliyyatlarını İnnovasiyalar Mərkəzi üçün bu sahədə geniş təcrübəyə malik olan Azərbaycan Beynəlxalq Bankı təmin edəcək. Eyni zamanda, müştərilər ASAN ödəniş terminalları vasitəsilə Bankın xidmətlərindən də faydalana biləcəklər. Bütün ASAN Xidmət mərkəzlərində mövcud olan bu terminallardan artıq Bankın filial və şöbələrində də quraşdırılır. Bu birgə layihə əhalinin bank məhsul və xidmətlərindən istifadə imkanlarını daha da genişləndirərək asanlaşdıracaq.

35 filiala və 43 şöbəyə malik olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.ibar.az internet səhifəsindən, Bankın filial və şöbələrindən, yaxud (012) 937 və ya *2265 nömrəli Məlumat Mərkəzindən əldə etmək mümkündür.

Son xəbərlər
Digər xəbərlər