“Turanbank” ASC-nin səhmdarlarının pay bölgüsündə dəyişiklik baş verib. Bankın nizamnamə kapitalının təxminən 10% və ya 5 mln. manat artırılaraq 55 mln. manata çatdırılmasından sonra olub.
Beləliklə, “Turanbank”da səhmdarı olan 6 hüquqi şəxsin Bankın kapitalındakı payı 29,2%-dən 28,4%-ə qədər azalıb, əvəzində fiziki şəxslərin payı 70,8%-dən 71,6%-ə yüksəlib.
Onu da qeyd edək ki, kapital artımına qədər Bankın səhmdarı olan fiziki şəxslərin sayı 20 olub, əlavə səhm emissiyasının yerləşdirilməsi nəticəsində onların sayı 21-ə çatıb.
Report