12 C
Baku
Monday, November 25, 2024

Dünya maliyyə sistemi üçün ən əsas təhlükə nədir?

Kiberhücumlar maliyyə sistemi üçün ən böyük risk təşkil edir. Bir çox iqtisadi ekspertlərin qiymətləndirməsinə görə, kiberhücumlar dünya maliyyə sistemi üçün hətta ABŞ-ın yeni prezidenti seçilən Donald Trump və yaxud Brexitdən daha böyük təhlükə daşıyır.

Depository Trust and Clearing Corporation (DTCC) şirkəti həyata keçirdiyi araşdırmanın yekun göstəricilərinə görə məhz belə bir nəticəyə gəlmişdir.

Sorğuda iştirak edən dünya maliyyə bazarının 22% iştirakçısı əmindir ki, kiberhücumlar maliyyə sənayesi üçün ən böyük təhlükədir. Sorğu iştirakçılarının 56%-i isə iddia edir ki, kiber təhlükələr narahatlıq səbəbləri reytinqində ilk 5-liyə daxildir.

“Şirkətlərin kibertəhlükəsizlik tədbirlərinə külli miqdarda vəsait yatırmaqlarına baxmayaraq, onlar kibercinayətkarların ustalıqları ilə bacarmırlar” – deyə iştirakçılar bildirmişlər.

Bundan əlavə, sorğu iştirakçılarının 50%-i ABŞ prezident seçkilərinin nəticələrindən, 33%-i isə Böyük Britaniyanın Avropa İttifaqından çıxmasından narahat olduğunu dilə gətirib.

Son xəbərlər
Digər xəbərlər