Azərbaycan Dövlət Neft Fondu (ARDNF) bu günə qədər “Azəri-Çıraq-Günəşli” neft (AÇG) və “Şahdəniz” qaz yatağının istismarından əldə etdiyi gəlirlərinin məbləğini açıqlayıb. Bu barədə Fonddan bildirilib.
Məlumata görə, ARDNF-nin AÇG layihəsi üzrə 2001-ci ildən bu il noyabrın 1-nə qədər ümumi gəliri 121,03 mlrd. ABŞ dolları təşkil edib. Bunun 4,021 mlrd. dolları 2016-cı ilin payına düşüb.
ELƏCƏ DƏ BAX:Dollar bahalaşaraq illik maksimumu yenilədi
Fond “Şahdəniz” layihəsindən isə 2007-ci ildən bu il noyabrın 1-nə qədər 2,506 mlrd. dollar gəlir əldə edib. Bunun isə 64 mln. dolları bu il əldə olunub.
Başqa sözlə, ARDNF-nin bu iki layihə üzrə ümumi gəlirləri 123,536 mlrd. dollar olub ki, bunun da 4,085 mlrd. dolları 2016-cı ilin payına düşüb.
Report
BUNA DA BAX: Bynəlxalq Bank aktivlərini 4% artırıb