8 C
Baku
Monday, December 22, 2025

Azərbaycanın mobil operatorları 680 mln. manatdan çox gəlir əldə edib

Cari ilin yanvar-oktyabr ayları ərzində informasiya və rabitə müəssisələri 1302,9 mln. manatlıq xidmət göstərib ki, onun da 72,6%-i əhali tərəfindən istehlak olunub.

Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata görə, 2015-ci ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 3,8% artıb, bu sahədə əldə edilmiş gəlirin 80,5%-i qeyri-dövlət sektorunun payına düşüb.

Xidmətlərdən əldə edilən gəlirin 52,2%-i və ya 680,5 mln. manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

Son xəbərlər
Digər xəbərlər