Sələmə pul verənlər həbs edilə bilər – Video

Hazırda banklar krediti əsasən dollarla verdiyindən və dolların məzənnəsi stabil olmadığından bu valyuta ilə kreditə marağı azaldır. Bu vəziyyətdə təcili pula ehtiyacı olanlar sələmçilərə üz tuturlar. Sələmçilərin qoyduqları faiz isə xeyli yüksək olduğundan sonradan onun ödənişində problemlər yaranır. Halbuki ölkəmizdə sələmçilik ilə məşğul olmaq qanunla qadağandır.

Millət vəkili Tahir Kərimlinin sözlərinə görə, sələmçiliklə məşğul olan şəxslər hətta cinayət məsuliyyətinə belə cəlb edilə bilərlər.

Buna da bax: Azərbaycanda Excel çempionatı keçiriləcək

Tahir Kərimli deyir ki, üstəlik, sələmçidən alınan və geri qaytarılmayan pula görə sələmçi vətəndaşı məhkəməyə verə bilməz.

Banker.az Xəzər Xəbər-in mövzu ilə bağlı daha ətraflı videomaterialını təqdim edir:

Son xəbərlər
Digər xəbərlər