26 C
Baku
Friday, April 19, 2024

Azərbaycanda Excel çempionatı keçiriləcək

Daim öz yenilikləri ilə seçilən İNNAB bu dəfə daha bir fərqli layihə həyata keçirir. Belə ki, Azərbaycanda peşəkar Excel istifadəçilərinin sayının artırılması və öyrənilən biliklərin tətbiq edilməsi məqsədi ilə Excel çempionatı keçirilir. İştirakçılar çempionat boyunca 100 fərqli fənddən istifadə edərək tapşırıqlara öz həll variantlarını göndərəcəklər.

Ən çox düzgün cavab göndərən iştirakçılar arasında yekun mübarizə həyata keçiriləcəkdir. Qalibə İNNAB tərəfindən hədiyyə də təqdim olunacaq. Xatırladaq ki, İNNAB ölkəmizdə Excelin həm onlayn, həm də kurslar vasitəsi ilə peşəkar tədrisini həyata keçirən şirkətdir. Sponsoru olduğu Nahid Nəsirovun “55 Dərsə Excel” kitabı da bu sahədə ən çox satılan kitablar arasındadır. Çempionatda iştirak etmək istəsəniz linkdən qeydiyyatdan keçə bilərsiniz.

Əlavə məlumat üçün 050 290 6121 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

http://innab.org/cempionat/

 

Son xəbərlər
Digər xəbərlər