Dekabrın 28-də “Silkway Insurance” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Yığıncaq saat 10:00-da Bakı şəhəri, Zərifə Əliyeva küçəsi, 55 ünvanında baş tutacaq.
Yığıncağda “Silkway Insurance”in 2016-cı ildəki maliyyə-təsərrüfatı fəaliyyətinin yoxlanılması üçün müstəqil auditorun seçilməsi məsələsi müzakirə ediləcək. Lazımi sənədlərin təqdim edilməsi üzrə məsul şəxs şirkətin baş mühasibi Rəna Əlyəddin qızı Quliyevadır.
Xatırladaq ki, “Silkway Insurance” 2011-ci ildə “AZAL Sığorta” ASC-nin bazasında yaradılıb, “Silkway Holding” MMC-yə daxildir. Onun nizamnamə kapitalı 14,77 mln. manatdır. Şirkətin səhmlərinin 38,7%-i Cəmilə Cahangir qızı Əsgərovaya, 38,7%-i Məlahət Cahangir qızı Əsgərovaya, 19%-i “Silkway Airlines” şirkətinə, 3,6%-i isə “Azərbaycan Hava Yolları” QSC-yə məxsusdur.
Report