2 C
Baku
Saturday, December 14, 2024

Sığorta sektorunun icmalı

Cari ilin yanvar-oktyabr ayları ərzində ölkənin 25 sığortaçısı tərəfindən 420 milyon manat həcmində sığorta haqqı toplanmışdır. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 41 milyon manat və ya  11 % çoxdur. 

Banker.az-ın Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu dövr ərzində sığortaçıların həyata keçirdiyi sığorta ödənişlərinin məbləği isə 191 milyon manat təşkil etmişdir ki, bu da ötən ilə nisbətdə 36% çoxdur.

Könüllü və icbari sığorta növləri üzrə həmçinin müsbət dinamika müşahidə olunmuşdur. Belə ki, cari ilin 10 ayı ərzində  könüllü sığorta növləri üzrə haqlar 15%, ödənişlər isə 38% artmışdır. İcbari sığorta növləri üzrə haqlar 4%, ödənişlər isə 30% artaraq müvafiq olaraq 148 və 47 milyon manat təşkil etmişdir.

Sığorta şirkətləri və sığorta sinifləri üzrə 2016-cı ilin yanvar-oktyabr ayları ərzində hesablanmış sığorta haqları və verilmiş sığorta ödənişləri üzrə ətraflı məlumatlar aşağıdakı cədvəllərdə öz əksini tapmışdır.

 

2016-cı ilin yanvar-oktyabr ayları üzrə hesablanmış sığorta haqları
və sığorta ödənişləri haqqında
M  Ə  L  U  M  A  T
(təcili məlumatlar əsasında)
(manatla)
Sığortaçının adı Sığorta Haqları Sığorta Ödənişləri
1 “A-Qroup Sığorta Şirkəti” Açıq Səhmdar Cəmiyyəti 4,536,478.45 6,668,995.90
2 “AXA MBASK” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti 18,553,586.46 7,676,473.42
3 “Alfa Sığorta” Açıq Səhmdar Cəmiyyəti 1,021,137.83 811,624.45
4 “AtaSığorta” Açıq Səhmdar Cəmiyyəti 8,419,422.58 2,804,108.61
5 “Atəşgah Həyat” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti 30,344,682.57 23,347,904.00
6 “Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti 32,140,221.00 12,951,161.34
7 “AzSığorta” Açıq Səhmdar Cəmiyyəti 19,277,735.85 6,427,723.44
8 Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti 37,999,056.00 13,591,339.00
9 “Azərbaycan Sənaye Sığorta” Açıq Səhmdar Cəmiyyəti 5,443,861.52 2,557,186.44
10 “Azərqarant Sığorta” Açıq Səhmdar Cəmiyyəti 323,178.76 987.79
11 “Bakı Sığorta” Açıq Səhmdar Cəmiyyəti 856,603.67 590,207.42
12 “Başak İnam Sığorta Şirkəti” Açıq Səhmdar Cəmiyyəti 506,069.52 137,577.42
13 “Beynəlxalq Sığorta Şirkəti” Açıq Səhmdar Cəmiyyəti 3,918,221.60 3,407,736.41
14 “Buta Sığorta” Açıq Səhmdar Cəmiyyəti 593,950.50 1,198,234.79
15 “Günay Sığorta” Açıq Səhmdar Cəmiyyəti 2,354,872.59 126,514.75
16 “Mega Sığorta” Açıq Səhmdar Cəmiyyəti 19,134,041.52 2,384,138.04
17 “Paşa Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyəti 66,981,823.52 32,521,267.50
18 “Paşa Sığorta” Şirkəti Açıq Səhmdar Cəmiyyəti 89,523,191.80 37,687,068.95
19 “Qala Həyat” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti 27,887,284.00 20,046,442.00
20 “Rəvan Sığorta” Açıq Səhmdar Cəmiyyəti 910,310.11 642,263.12
21 “Standard Insurance” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti 18,327,263.06 7,175,038.75
22 “Xalq Sığorta” Açıq Səhmdar Cəmiyyəti 8,900,958.21 5,115,060.32
23 “Qala Sığorta” Açıq Səhmdar Cəmiyyəti 3,867,362.00 0.00
24 “İPƏK YOLU SIĞORTA” ASC 18,489,056.53 2,622,347.88
25 “Amrah Sığorta” Açıq Səhmdar Cəmiyyəti 54,335.21 165,597.67
YEKUN 420,364,704.86 190,656,999.41

 

 

 

 

2016-cı ilin yanvar-oktyabr ayları üzrə hesablanmış sığorta haqları və
sığorta ödənişləri haqqında
M Ə  L  U  M  A  T
(təcili məlumatlar əsasında)
(manatla)
Sığorta sinifləri Sığorta haqları Sığorta ödənişləri
könüllü sığortalar üzrə – cəmi : 272,203,150.72 143,678,014.83
 o cümlədən:    
Həyat sığortası üzrə 97,466,576.93 72,428,496.91
 o cümlədən:    
həyatın ölüm halından sığortası 30,971,701.33 2,442,247.13
həyatın yaşam sığortası 66,251,609.37 69,986,249.78
annuitet sığortası 0.00 0.00
əmək qabiliyyətinin sığortası 206,222.49 0.00
sağalmaz xəstəliklərdən sığorta 37,043.74 0.00
Qeyri-həyat sığortası üzrə 174,736,573.79 71,249,517.92
 o cümlədən:    
Şəxsi sığorta 76,569,523.60 51,752,886.21
 o cümlədən:    
fərdi qəza və xəstəlik sığortası 3,608,452.31 832,166.07
tibbi sığorta 70,666,934.27 50,442,138.01
xaricə səfər edən vətəndaşların sığortası 2,294,137.02 478,582.13
Əmlak sığortası 98,167,050.19 19,496,631.71
 o cümlədən:    
əmlakın sığortası 76,980,325.75 19,098,437.06
 o cümlədən:    
əmlakın yanğından və digər risklərdən sığortası 35,130,097.38 3,044,458.08
avtonəqliyyat vasitələrinin sığortası 18,453,881.53 12,523,160.72
dəmiryol nəqliyyatı vasitələrinin sığortası 316,133.25 0.00
hava nəqliyyatı vasitələrinin sığortası 11,948,844.21 2,417,497.51
su nəqliyyat vasitələrinin sığortası 5,996,132.82 18,000.00
yüklərin (nəqliyyat) sığortası 2,938,264.91 353,550.98
kənd təsərrüfatı bitkiləri məhsullarının sığortası 416,763.53 743.00
kənd təsərrüfatı heyvanlarının sığortası 1,220,692.80 741,026.77
əmlakın sığortası ilə bağlı digər siniflər 559,515.32 0.00
o cümlədən :    
işçilərin dələduzluğu sığortası 517,652.32 0.00
pul və pul sənədlərinin saxtalaşdırılmasından sığorta 41,863.00 0.00
titul sığortası 0.00 0.00
mülki məsuliyyətin sığortası 21,180,821.51 354,974.71
 o cümlədən:    
avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası 1,399,494.81 81,146.34
dəmiryol nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası 0.00 0.00
hava nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası 4,272,864.22 0.00
su nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası 398,529.78 0.00
yük daşıyanın mülki məsuliyyətinin sığortası 23,786.32 11,871.27
mülki-hüquqi müqavilə üzrə mülki məsuliyyətin sığortası 303,273.56 0.00
peşə məsuliyyətinin sığortası 1,719,500.35 0.00
işəgötürənin məsuliyyət sığortası 1,247,918.91 13,293.52
ümumi mülki məsuliyyətin sığortası 11,815,453.56 248,663.58
hüquqi xərclərin sığortası 0.00 0.00
kredit sığortası 4,342.93 43,219.94
 o cümlədən:    
kreditlərin sığortası 4,342.93 43,219.94
ipoteka sığortası 0.00 0.00
qarışıq maliyyə risklərinin sığortası 1,560.00 0.00
 o cümlədən:    
əmlakın bazar dəyərinin düşməsi riskindən sığorta 0.00 0.00
işin dayanması ilə bağlı risklərdən sığorta 1,560.00 0.00
İcbari sığortalar üzrə -cəmi 148,161,554.14 46,978,984.58
 o cümlədən:    
Həyat sığortası üzrə 27,747,213.16 3,487,116.59
 o cümlədən:    
İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta 27,747,213.16 3,487,116.59
Qeyri-həyat sığortası üzrə 120,414,340.98 43,491,867.99
 o cümlədən:    
nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası 0.00 0.00
sərnişinlərin icbari sığortası 0.00 0.00
icbari ekoloji sığorta 0.00 0.00
yanğından icbari sığorta 0.00 0.00
MM deputatların icbari şəxsi sığortası 120,289.00 0.00
tibbi personalın AİDS-dən sığortası 0.00 0.00
hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası 16,654,714.00 8,190,735.00
məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası 11,238,358.00 934,928.00
dövlət qulluqçuların icbari sığortası 0.00 0.00
diplomatik nümayəndələrin icbari sığortası 0.00 0.00
auditorların peşə məsuliyyətinin icbari sığortası 6,930.00 0.00
daşınmaz əmlakın icbari sığortası 21,653,515.21 1,606,366.95
daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası 253,083.72 52,249.68
avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası 70,409,972.05 32,707,588.36
sərnişinlərin icbari fərdi qəza sığortası 77,479.00 0.00
YEKUN 420,364,704.86 190,656,999.41
Son xəbərlər
Digər xəbərlər