Bu ilin yayında “Nikoil Bank” tərəfindən başlamış premium sinifli plastik kartlar üzrə aksiya davam edir. Visa Gold, Master Card Gold və Visa Platinum premium sinifli plastik kartlarının hər bir yeni sahibi müasir və nüfuzlu ödəmə vasitəsinə malik olmaqla yanaşı, həm də kart qalığına Manat üzrə illik 8%-ədək, ABŞ dolları üzrə illik 2%-ədək gəlir və bir sıra əlavə üstünlüklər əldə edəcək.
Əlverişli faiz şərtlərindən başqa, bu nüfuzlu kartlar növünün bütün yeni sahiblərinə pulsuz xidmətlər və əlavə imtiyazlar veriləcək. Bunlara sms-notification və mobile banking xidmətləri daxildir. Kartın balansını onlayn və eyni zamanda Million, Easypay və E-manat ödəniş aparatlarının vasitəsilə artırmaq mümkündür.
“Nikoil Bank” Bakı və Azərbaycanın regional mərkəzlərində yerləşən və qabaqcıl satış şəbəkəsi olan universal maliyyə-kredit təşkilatıdır. Bank hesablaşma, depozit, kart, kredit və zəmanət kimi müasir və etibarlı bank xidmətləri əməliyyatlarının tam paketini təklif edir. Bankın bütün məhsulları, aksiyaları və xüsusi təklifləri barədə məlumatı korporativ www.nikoil.az səhifəsinə daxil olaraq və ya (012) 981 qısa nömrəsi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz. Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı: https://www.facebook.com/bank.nikoil