Maliyyə Naziri Samir Şərifov bu ilin 10 ayında ÜDM istehsalının azalması səbəblərini açıqlayıb. Milli Məclisin Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Təbii ehtiyatlar, energetika və ekologiya, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Aqrar siyasət, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında 2017-ci il dövlət büdcəsinin layihəsinin müzakirəsində maliyyə naziri Samir Şərifov deyib ki, bu ilin 10 ayı ərzində ölkədə 49,2 mlrd. manat dəyərində ÜDM istehsal olunmaqla real azalma 3,7% təşkil edib.
Onun sözlərinə görə, qeyri-neft sektoru üzrə azalma 6,1% təşkil edib.
“Azalmanın əsas səbəbləri kimi keçən ilin eyni dövrü ilə müqayisədə tikinti sektorunda istehsalın 27,4% aşağı düşməsini, xarici ticarət dövriyyəsinin əhəmiyyətli daralmasını, yüksək dollarlaşma və kredit portfelinin keyfiyyətinin pisləşməsi nəticəsində bank sisteminin böyük itkilərlə üzləşməsi və hətta böhranla üzləşməsi və beləliklə, iqtisadiyyatın kreditləşməsinin ciddi azalmasını göstərmək olar. Belə bir şəraitdə 1998-ci ildən bəri bu ilk dəfə olaraq ölkənin tədiyyə balansı kəsirlə üzləşib”, – deyə nazir vurğulayıb.
APA