2016-cı ilin noyabrın 25-də “Muğanbank” ASC-nin, Bakı şəhəri, Əhməd Rəcəbli küçəsi, 21 “B”ünvanında yerləşən baş ofisində səhmdarlarının ümumi yığıncağı keçirilmişdir.
Banker.az Bnka istinadla xəbər verir ki, Səhmdarların ümumi yığıncağında Muğanbankın nizamnamə kapitalının artırılması məsələsi müzakirə olunub və yekdil qərarla nizamnamə kapitalının 10 000 000 manat artırılmasına qərar verilmişdir.Emissiya başa çatdıqdan sonra Muğanbankın nizamnamə kapitalı 75 000 000 manat təşkil edəcək.