24 C
Baku
Monday, April 29, 2024

Bu investorlar dövlət rüsumundan azad edildi – SƏRƏNCAM

İnvestisiya layihələrini “Tik – idarə et – təhvil ver” modelinə uyğun həyata keçirən investorların dövlət rüsumunu ödəməkdən azad edən qanun qüvvəyə minib.

Banker.az xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə” 2016-cı il 14 oktyabr tarixli qanunun tətbiqi haqqında sərəncam imzalayıb.

Qeyd edək ki, qanunun 3.3-cü maddəsinə əsasən, investisiya layihələrini “Tik – idarə et – təhvil ver” modelinə uyğun həyata keçirən investorlar “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” qanuna əsasən həyata keçirdikləri fəaliyyətlə bağlı dövlət rüsumlarını ödəməkdən azaddır. (apa)

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər