7 C
Baku
Thursday, December 12, 2024

“Meqa Sığorta”nın səhmdarlarının yığıncağı keçiriləcək

Dekabrın 30-da, saat 10:00-da “Meqa Sığorta” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. Yığıncaq Şirkətin Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 19a ünvanında yerləşən baş ofisində olacaq.

Yığıncağın gündəliyi açıqlanmır.

Xatırladaq ki, “Meqa Sığorta” 1998-ci ildən fəaliyyət göstərən “BE&G” sığorta şirkətinin bazasında 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 14,5 mln. manatdır. Şirkətin səhmlərinin 19%-i Rauf Zeynal oğlu Əliyevə, 19%-i Zeynal Hacıməmməd oğlu Əliyevə, 19%-i Nəzakət Zakir qızı İsmayılovaya, 19%-i Zaur Zakir oğlu Quliyevə, 15%-i Yaşar Feyzi oğlu Qurbanova (Müşahidə Şurasının sədri, “Rabitəbank” ASC-nin 11,34%-lik səhmdarı), 9%-i isə Əli Eldar oğlu İsmayılova məxsusdur.

Report

Son xəbərlər
Digər xəbərlər