2 C
Baku
Saturday, December 14, 2024

ABB-nin problemli aktivlərinin satışına başlanılıb

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatına (BOKT) idarəetməyə verdiyi problemli aktivlərin satışına başlanılıb. “Report” “Aqrarkredit”ə istinadən xəbər verir ki, hələlik 3 müəssisə satışa çıxarılıb.

Bu, Tbilisi şəhərinin (Gürcüstan) Samqori rayonunda yerləşən beton istehsalı müəssisəsi, Azərbaycanın Şəki rayonunun Qarasu kəndində yerləşən ət və süd məhsulları istehsalı müəssisəsi və Abşeron rayonunun Novxanı kəndində yerləşən şərab istehsalı müəssisəsidir. Bununla belə, ABB-yə borc müqabilində girov qoyulmuş bu obyektlərin ilkin satış qiyməti açıqlanmayıb. Yalnız o məlumdur ki, hər 3 müəssisə hərrac yolu ilə satılacaq. Yeri gəlmişkən, “Aqrarkredit” aktivlərin idarə edilməsi üzrə əməkdaşlıq edəcəyi hərrac təşkilatlarının adlarını da açıqlayıb. Bu, “Daşınar və daşınmaz əmlakların satışı üzrə Hərrac Mərkəzi” MMC, Respublika Xammal və Əmtəə Birjası – “Külək” MMC və “Hidayətoğlu Şirkətlər Qrupu” MMC-dir.

Xatırladaq ki, Nazirlər Kabineti ABB-nin problemli aktivlərinin satışı üçün 2016-cı il iyulun 22-də Müsabiqə Komissiyası yaradıb. Bir qədər əvvəl Komissiya aktivlərin qiymətləndirilməsi üçün əməkdaşlıq ediləcək şirkətləri də açıqlayıb. Bu, “PwC Azerbaijan”, “Deloitte Azerbaijan”, “Ernst & Young Azerbaijan”, “RSM Azerbaijan”, “BDO Azerbaijan” kimi tanınmış audit şirkətləri, eləcə də “Nexia EA”, “Coneco Group”, “Real Price” və “VETO Consulting” MMC-lərdir.

Son xəbərlər
Digər xəbərlər