6 C
Baku
Sunday, December 15, 2024

İki aylıq azalmanın ardınca Mərkəzi Bankın ehtiyatları artıb

Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmində artım müşahidə olunur.

AMB-nin açıqladığı statistikaya istinadən xəbərə görə, 2016-cı il noyabr ayının 30-a tənzimləyicinin sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi 4,011 mlrd. dollar təşkil edib ki, bu da oktyabr ayı ilə müqayisədə 0,14% və ya 5,5 mln. dollar çoxdur. Noyabr ayının 1-ə tənzimləyicinin tənzimləyicinin ehtiyatları 4 mlrd. 5,5 mln. dollar təşkil edib.

Qeyd edək ki, noyabradək AMB-nin valyuta ehtiyatlarının həcmində iki ay ard-arda azalma müşahidə olunub.

Ötən ilin analoji dövrü ilə müqayisədə isə AMB-nin sərəncamında olan valyuta ehtiyatlarının həcmində 35,78% və ya 2 mlrd. 234,6 mln. dollar azalma olub.

APA

Son xəbərlər
Digər xəbərlər