Sığorta şirkətlərindən birində kadr dəyişikliyi olub

“Azərbaycan Sənaye Sığorta”da  kadr dəyişikliyi olub. Şirkətdən fins.az-aq verilən məlumata görə, idarə heyətinin üzvü, sığorta hadisələri departamentinin rəhbəri Cavid Mürvətov vəzifəsini tərk edib. “Azərbaycan Sənaye Sığorta”nın sığorta hadisələri departamentinin yeni rəhbəri vəzifəsinə Fuad Nəbiyev təyin edilib. O vəzifəsinin icrasına dekabr ayının 1-dən etibarən başlayıb.

Qeyd edək ki, Fuad Nəbiyev buna qədər portfeli  “Günay Sığorta”ya ötürülərək ləğv edilən “Buta Sığorta”nın  sığorta hadisələri departamentinin rəhbəri olub.

Fins.az

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər