22 C
Baku
Thursday, October 3, 2024

Böyük ürəkdən balacaya: “Nikoil Bank” növbəti qanvermə aksiyasını keçirdi

Dekabrın 2-si “Nikoil Bank”ın kollektivi qana ehtiyacı olan uşaqlar üçün  növbəti könüllü qanvermə aksiyasını keçirdi.

“Nikoil Bank”ın Bakı şəhəri filialları və Mərkəzi filialının bütün əməkdaşları Bankın Puşkin küçəsi 30 ünvanında yerləşən Baş Ofisində keçirilən aksiyada iştirak etdilər.

Artıq 10 ildir “Nikoil Bank” “Fəxri donor” adını ləyaqətlə daşıyır. Bankın sosial korporativ məsuliyyət proqramı çərçivəsində talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara yardım məqsədi ilə mütəmadi olaraq qanvermə aksiyası həyata keçirilir.

“Nikoil Bank” Bakı və Azərbaycanın regional mərkəzlərində yerləşən və  qabaqcıl satış şəbəkəsi olan  universal maliyyə-kredit təşkilatıdır. Bank hesablaşma, depozit, kart, kredit və zəmanət kimi müasir və etibarlı bank xidmətləri əməliyyatlarının tam paketini təklif edir. Bankın bütün məhsulları, aksiyaları və xüsusi təklifləri barədə məlumatı korporativ www.nikoil.az  səhifəsinə daxil olaraq və ya (012) 981 qısa nömrəsi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz. Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı: https://www.facebook.com/bank.nikoil

Son xəbərlər
Digər xəbərlər