İqtisadiyyatda yaranmış böhranın nəticələri arasında, istehlak bazarında yaranmış vəziyyət xüsusi narahatlıq doğurur
8 sentyabr saat 12:00-da, “2016-cı ilin istehlak səbəti necə bahalaşdı” mövzusunda mətbuat konfransı keçiriləcək. İqtisadiyyatda yaranmış böhranın nəticələri arasında, istehlak bazarında yaranmış vəziyyət xüsusi narahatlıq doğurur. Bu yaxınlarda elektrik enerjisi və təbii qazın tariflərinin yüksəlməsi ən aktual müzakirə mövzularından biri olaraq qalır.
Aydındır ki, bunun ardınca əksər malların və xidmətlərin qiymətləri artır. İstehlak bazarında vəziyyətin necə olduğu barədə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov danışacaq.
Sputnik