Asiya İnkişaf Bankının (AİB) Direktorlar Şurası Azərbaycana 500 milyon dollar məbləğində kredit verilməsini təsdiq edib.
Bu barədə Trend AİB-ə istinadən xəbər verir.
Bankın məlumatında qeyd olunur ki, kredit neft qiymətlərinin azalmasının mənfi nəticələrinin yumşaldılması məqsədilə iqtisadiyyatın şaxələndirilməsinə, iş yerlərinin yaradılmasına, sosial təminat sahəsinə ayrılır.