AXA-Mbask” Sığorta Şirkəti ASC-nin dekabrın 13-də səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Yığıncaq Türkiyənin İstanbul şəhərinin Bəyoğlu rayonunda (Salıpazarı, Mebusan küçəsi,15 ünvanında) baş tutacaq.
Yığıncağın gündəliyinə rəhbər vəzifələrə təyinatlar məsələsi daxildir.
Xatırladaq ki, “AXA-Mbask” 1992-ci ildə “Mbask” sığorta şirkəti kimi fəaliyyətə başlayıb, 2010-cu ildə əsas səhmdarının dəyişməsi ilə əlaqədar rebrendinq edib. Onun nizamnamə kapitalı 19 733 738 manatdır. Şirkətin səhmləri 100% Fransanın “AXA” qrupunun İspaniyadakı törəmə cəmiyyəti olan “AXA Seguros Generales, S.A., De Seguros Y Reaseguros”a məxsusdur.
Report