Azərbaycanda istifadəyə yararlı, lakin istifadəsiz qalmış torpaq sahələrinin dövriyyəyə qaytarılması ilə bağlı qaydaların layihəsi yaxın günlərdə hökumətə təqdim ediləcək.
“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov deyib.
“Bununla bağlı ölkə prezidentinin tapşırığı var. Tapşırığı icra etmək üçün müvafiq qaydalar hazırlanıb, aidiyyəti dövlət qurumları ilə razılaşdırmanın son mərhələsindədir, yaxın günlərdə hökumətə təqdim olunacaq” – nazir müavini bildirib.
S.Talıbov əlavə edib ki, istifadəsiz torpaqlarla bağlı inzibati tədbirlərin görülməsi Əmlak Məsələləri Dövlət Komitəsinin səlahiyyətində olsa da, Kənd Təsərrüfatı Nazirliyi də bununla bağlı araşdırma aparır və istifadəsiz qalmış torpaqlala bağlı məlumatları hökumətə təqdim edir.