9 C
Baku
Thursday, December 12, 2024

ABŞ və Çin bir-birinə qarşı

1.   Amerika Birləşmiş Ştatlar— 15,094,025 (1.2%, 22.1%, 76.7%)

Yüksək diversifikasiya  səviyyəsi olan iqtisadiyyat. Qabaqcıl texnologiyalar sənayesində və innovasiya sahəsində dünya lideri –xüsusən də kompüter və telekommunikasiya sahəsində (Apple, Microsoft). Bu ölkə 1920-ci ildən bəri dünyanın ən güclü iqtisadiyyatına malik ölkələrin top onluğuna başçılıq edir.

Dünyanın ən yaxşı iqtisadiyyatı – ABŞ.

Aparıcı sahələr:  •   metallurgiya  •    avtomobil istehsalı, •    aerokosmik avadanlıq və aparatura •    telekommunikasiya, •    kimya, •    qida sənayesi, •    istehlak mallarının istehsalı.

Dünyanın ən nəhəng bank sistemi və fond birjası, transmilli korporasiyalar, yüksək məhsuldarlığı ilə seçilən kənd təsərrüfatı.

china%20flag

2. Çin 7,298,147 (10.1%, 46.8%, 43.1%)

Çinin iqtisadiyyatı dünyada ikinci yeri tutur.

100 dən çox məhsul növünün istehsal həcminə görə dünya lideri. İxracat nomenklaturasına 50 mindən çox mal adı daxil edilə bilər.  Dünyada ofis və telekommunikasiya avadanlığının, həmçinin bütünlükdə qabaqcıl texnologiya məhsullarının ixracına görə əminliklə liderlik edir. Ən böyük avtomobil istehsalçısı (2010-cu il). Çin Xalq Respublikasının toxuculuq sənayesi dünyada birinci yerdədir. Valyuta gəlirlərinin 80%-ni ixracatdan gəlir.

Dünyanın 10 ən bahalı kompaniyasından dördü Çin kompaniyalarıdır – PetroChina, ChinaMobile (dünyanın ən bahalı telekommunikasiya kompaniyası), Çinin Ticarət-Sənaye Bankı (Dünyanın ən bahalı bankı) və Çin inşaat bankı. Bir sıra faydalı qazıntı minerallarının çıxarılmasına görə 1-ci yerdədir.

usa vs. china
Son xəbərlər
Digər xəbərlər