9 C
Baku
Thursday, December 12, 2024

Yadplanetlilərin ən məşhur qədim sirləri

Mütəxəssislərin fikrinə görə Yer planetini yüksək şüurlu yadplanetlilər ziyarət etmişlər və onlar insan tarixinin gedişini həmişəlik dəyişmişlər. Bu düz olsaydı nə olardı? Bu məsələ ilə bağlı çoxlu sual, nəzəriyyə yaranmış və bu sahədə tədqiqatlar aparılmışdı.

 

Naska xətləri

Peruda Naska vadisində çəkilmiş Naska xətləri onilliklərdir ki, arxeoloqları təəccübləndirir. Bu simvollar özündə heyvan və bitkilərin böyük təsvirini birləşdirir. Həcmlərinə görə onlar ancaq çox yüksək məsafədən görünür, lakin Naska əhalisinin uçan maşın icad etdiklərinə dair heç bir sübut yoxdur. Lakin paleokontakt (qədim astronavtları nəzəriyyəsi) üzrə bir çox mütəxəssislərin fikrinə görə, bu fiqurlar kosmik gəmilər üçün eniş meydanı funksiyasını daşıyırdı.

Vimanlar

viman

Hindistanda 2 min il bundan əvvəl sanksristik dilində yazılmış yazılarda viman adı altında bir çox mifik uçan qurğulardan haqqında informasiya verilir. Viman təsvirləri və UNO-un oxşar əlamətlərini müqayisə edərək, qədim mifoloqlar belə bir qənaətə gəlmişlər ki, Hindistanı digər planetlərin astronavtları ziyarət edirmişlər.

Qiza yaylasında yerləşən piramidalar

pirmn

Paleokontakt üzrə mütəxəssislər belə hesab edirlər ki, yadplanetlilər bir sıra arxitektura möcüzələrini tikməkdə insanlara kömək ediblər, buna Misir piramidalarını misal göstərmək olar. Qiza nəinki arxitektura nöqteyi-nəzərindən inanılmaz yerdir , o, həm də en uzun enlik və uzunluğun kəsişdiyi nöqtədə yerləşir. Bu necə ola bilər? Ola bilərmi ki. qədim memarlar Yerin ölçülərindən xəbərdar idilər?

Teotiuakan

teutul

Paleokontakt üzrə mütəxəssislər iddia edirlər ki, bir çox qədim abidələr onun tikənlərin astronomiya sahəsində həmin dövrdəki sivilizasiyaları qabaqlayan dərin biliklərə sahib olmasını deməyə imkan verir. Meksikanın Teotiuakan şəhərində yerləşən Günəş piramidası Günəş sisteminin planetlərini tərənnüm edən piramidaların mərkəzində yerləşib.

Şumerlər

sumeri

Şumerlər dünyanın ən qədim sivilizasiyalarından biridir. Bu xalq inanırdı ki, o Annunaki – yadplanetli qrupu tərəfindən yaradılıb. Şumerlər inanırdılar ki, Annunaki Yerə ulduzlardan qızıl çıxarmaq məqsədilə gəlmişdir. Qədim miflərə görə, bunun üçün Annunakiyə işçi qüvvəsi lazım idi, ona görə də onlar genetik olaraq şumerləri və ya insanları layihələşdirmiş və yaratmışlar.

Pakal sarkofaqı

sarkof

7-ci əsrdə Böyük Pakal mayya şəhəri Palenkedə hökmranlıq edirdi. O, müqəddəs Yazı Məbədi adlandırılan piramidanın daxilində dəfn olunmuşdur. Onun qəbrinin üzərində olan müəmmalı naxışlar mayya incəsənətinin klassik əsəri hesab olunmağa başlandı, eləcə də ufoloqlar üçün sübut kimi çıxış edirdi. Onların nöqteyi-nəzərindən, Pakal kosmik gəmidə uçuş zamanı çəkilib.

Mahabharata və Ramayana

Bu qədim hind epik əsərində nüvə və digər güclü partlayıcı silahlara oxşayan uçan qurğulardan bəhs olunur. O, təxminən 2000 il bundan əvvəl yazılıb. Bu sadəcə çox yaxşı yazılmış əsərdir, yoxsa onda həqiqət payı var?

Puma Punku

puma

Puma Punku Cənubi Amerikada Boliviya dağlarında yerləşir. Bura böyük, səliqəli kəsilmiş bloklardan ibarət daş xarabalığıdır. Onları müasir alət və maşınlar olmadan düzəltmək mümkün deyil, lakin bu qədim abidələrin artıq 1000 yaşı var. Paleokontakt üzrə mütəxəssislər belə bir fərziyyə irəli sürmüşlər ki, inkişaf etmiş mühəndis texnologiyalarına sahib yadplanetlilər bu yerləri ya özləri yaratmışlar, ya da bunu yarada biləcək insanlara məsləhətlər vermişlər. Puma Punku daşları qranit və dioritdən (diorit almazdan sonra ikinci ən bərk daşdır) ibarətdir. Bu daşları nəinki kəsmək çətindir, lakin onlar həm də çox ağırdırlar: bir daş 800 tona bərabərdir.

Yadplanetlilər və Üçüncü Reyx

Qorxutmaq və məhv etmək üçün yaradılmış məğlubedilməz ordu və güclü silah. Ikinci Dünya müharibəsi zamanı Almaniya dünya üzrə inkişaf etmiş müxtəlif texniki və hərbi gücə sahib idi. Belə texnologiyalara, reaktiv təyyarə, nişanlayıcı bombardmançı təyyarə və idarəolunan raketlər aid idi ki, onların hamısı müharibə anında yaradılmışdılar. Bəs alman alimlərinin belə qabaqcıl olmalarının səbəbi nə idi? Onlar insanlardan daha ağıllı idilər? Xeyr, onlar sadəcə olaraq qədim mətnləri mif olaraq deyil, tarixi və elmi fakt kimi qəbul edirdilər. Faşistlər bu kimi mətnləri tərcümə edirdilər, məsələn, hind sanskritlərini alman dilinə çevirmişdilər.

Həyat gülü

cvetk%20jizn

Həyat gülü hələ qədim zamanlardan məlum idi, Osirisin məbədi, Rumıniya, İsrail, Çin və digər yerlərdə adına rast gəlmək olar. İnsan, ağac, heyvan, günəş sistemi və ya ulduz olmasından asılı olmayaraq bütün hər şey həndəsi nisbətə malikdir. Metatron kubu bütün dünyanı təşkil edən 5 həndəsi fiqurdan (tetraedr, heksaedr, oktaedr, dodekaedr, ikosaedr) formalaşmış həyat gülündən əmələ gəlir. Elementlərin dövri cədvəlində olan hər bir element bu fiqurlardan birinə həndəsi cəhətdən uyğundur. Buna görə də müasir elmin elementlər haqqında bildiyi hər şey Metatron kubundan əmələ gəlmiş həndəsi fiqurlarla əlaqədardır.

Son xəbərlər
Digər xəbərlər