Azərbaycanda “Mastercard” şirkətinin “MoneySend” xidməti vasitəsilə kartdan karta pul transfer funksiyası qismən məhdudlaşdırılıb.
Bu barədə Trend-ə banka yaxın mənbədən xəbər verilib.
Mənbənin bildirdiyinə görə, yerli kartlardan xarici emitent banka transfer funksiyası bir müddətdir ki, dayandırılıb.
Funksiyanın dayandırılma səbəbi, eləcə də nə vaxt bərpa olunacağı məlum deyil.
Qeyd edək ki, bir neçə bankdan Trend-ə “MoneySend” xidmətinin dayandırıldığını təsdiqlədilər.
“MasterCard MoneySend” xidməti ilə müştəri banka gəlmədən ölkə daxili və xaricinə pul köçürmələri edə bilərdi. Hazırda şirkət Azərbaycanın 28 bankı ilə əməkdaşlıq edir.