Deputat vergi güzəştlərinə etiraz etdi

Deputat Vahid Əhmədov bir çox sahələrə vergi güzəştlərinin tətbiq edilməsindən narazılığını ifadə edib.

V. Əhmədov bildirib ki, biz çox vergi güzəştləri tətbiq edilir:

“Bu məsələyə çox ciddi baxmalıyıq. Ciddi vergi güzəştləri edirik. Ancaq bunlar iqtisadiyyatın inkişafına yox, onun ləngiməsinə gətirib çıxarır.

Biz sənaye parklarını 7 il müddətinə vergidən azad etdik. Ancaq mən bunu məqbul saymıram.

Əgər park məhsul istehsal edirsə və işləyirsə, məhsulları xaricə ixrac edirlərsə, daxildə satırlarsa, deməli, vergini verməlidirlər. 7 il müddəti ümumiyyətlə çox böyükdür. Bura kənd təsərrüfatı məhsulları da aiddir. Bunların əhatə dairəsi müəyyən olunmalıdır”.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər