1 C
Baku
Saturday, December 14, 2024

Türkiyənin qızıl-valyuta ehtiyatları azalır

Türkiyə Mərkəzi Bankının (TCMB) qızıl-valyuta ehtiyatları 10-16 dekabr hesabat həftəsində 614 mln. ABŞ dolları və ya 0,54% azalaraq 111,706 mlrd. dollar təşkil edib.

“Report”un “Bloomberg” agentliyinə istinadən verdiyi xəbərə görə, hesabata əsasən TCMB-nin dekabrın 10-16-da valyuta ehtiyatları 38 mln. dollar və ya 0,04% azalaraq 97,316 mlrd. dollara geriləyib. TCMB-nin qızıl ehtiyatları isə 576 mln. dollar və ya 3,85% azalaraq 14,39 mlrd. dollara çatıb. Bununla da TCMB-nin qızıl-valyuta ehtiyatları ardıcıl olaraq 4 aydır azalma göstərib.

TCMB-nin qızıl ehtiyatlarındakı azalma əsasən qızılın qiymətinin dünya bazarlarında düşməsi ilə əlaqədar olub. Ümumilikdə isə, TCMB-nin ehtiyatlarında keçən həftə sabitlik müşahidə edilib.

Qeyd edək ki, noyabr ayının əvvəlindən etibarən Türkiyədən kapital axını nəticəsində TCMB-nin qızıl-valyuta ehtiyatları 8,037 mlrd. dollar və ya 6,7% azalıb.

“Report”un analitik qrupu TCMB-nin ehtiyatlarının 2017-ci ilin ilk rübündə azlmağa davam edəcəyini gözləyir.

Son xəbərlər
Digər xəbərlər