Çinin yük daşımalarının təşkil edilməsi xidmətlərini göstərən Huochebang (Truck Alliance) – “Yük maşınları üçün Uber” şirkəti Tencent telekommunikasiya şirkəti və bir sıra investorlardan 115 milyon dollar əldə edib. Şirkətin qiymətləndirilmə göstəriciləri artıb və hazırda 1 milyard dollar təşkil edir.
Huochebang 2014-cü ildə Tencent Holdings və Hillhouse Capital şirkətlərinin dəstəyi ilə yaradılıb. Xidmət 2,3 milyon yük avtomobili ilə işləyir və gün ərzində 100 000-ə qədər sifariş yerinə yetirir. Şirkətin aktivləri sırasında təqribən minə yaxın xidmət mərkəzləri var. Gündəlik müştəri ödənişləri isə 120 milyon dollara çatır.