Dünən, 21 dekabr tarixində, bitcoinin qiyməti 2014-cü ilin fevral ayından bu günə qədər ilk dəfə olaraq 800 dolları geridə qoydu.
Kriptovalyutanın dəyəri bazarda dinamik, bəzən də dramatik hadisələr fonunda bütün ay ərzində sabit artımdan sonra 800,46 dollara çatdı. Bu haqda məlumatı isə CoinDesk USD Bitcoin Price Index (BPI) verib.
Daha sonradan bitcoin azacıq dəyər itirdi və 1 BTC/799,20 dollar səviyyəsində hərracda iştirak edib.
Kriptovalyutanın dəyəri 800 dolları keçdikdən dərhal sonra, ekspertlərin verdiyi proqnozlara əsasən, 1 BTC dəyəri 2017-ci ildə bu göstəricini də geridə qoyacaq.