Rusiyada benzinin qiyməti illik 4% bahalaşıb

Bu ilin əvvəlindən Rusiyada avtomobil benzininin qiyməti 3,7%, dizel yanacağının qiyməti isə 2,7% artıb.Agentlik bu barədə Rusiya KİV-inə istinadən xəbər verir.Rusiyada benzinin orta istehlak qiyməti ötən həftə 1 litr üçün 3 qəpik artaraq 36,31 rubl (1,03 manat), dizel yanacağının qiyməti isə 28 qəpik artaraq 36,63 rubl (1,04 manat) təşkil edib.

Ötən həftə Ai-76/Ai-80 markalı benzinin orta istehlak qiyməti 33,59 rubldan (0,95 manat) 33,60 rubla (0,96 manat), Ai-92/Ai-93 markalı benzinin qiyməti 35,19 rubldan (0,99 manat) 35,23 rubla (1 manat), Ai-95 və daha yüksək oktanlı benzinin qiyməti 38,33 rubldan (1,09 manat) 38,36 rubla (1,10 manat) qalxıb.

Dizel yanacağının qiyməti isə 36,35 rubldan (1,03 manat) 36,63 rubla (1,04 manat) qədər artıb.

 

 

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər