2017-ci il yanvarın 11-dən etibarən Norveçdə FM diapazonunda yayım aparan radio ötürücülərinin qapadılmasına başlanacaq.
“RMF24” radiosuna istinadən xəbərə görə, bu barədə Norveç hökuməti qərar qəbul edib. Beləliklə, Norveç FM radio yayımlarından rəqəmli standarta keçən ilk ölkə olub.
FM tezlikləri tədricən qapadılacaq: əvvəlcə Nordland regionunda, sonra ölkənin cənubunda. Bəzi lokal radiolar isə 2022-ci ilə qədər FM tezliyində fəaliyyəti davam etdirəcəklər.
Lakin ölkə əhalisinin əksəriyyəti qərarın əleyhinədir. Keçirilən rəy sorğusunda iştirak edənlərin üçdə ikisi qərarın əleyhinə çıxıb.
Rəqəmli standarta keçdikdən sonra ölkədə təxminən 8 milyon radioqəbuledici lazımsız əşyaya çevriləcək.