Banker.az The South China Morning Post saytına istinadən xəbər verir ki, Çinin Guandan əyalətində yaşayan bir çinli ekskavatorun köməkliyi ilə bank yarmağa cəhd edib.
Lo soyadlı çinli yerli vaxtla 5:30-da tikintidə istifadə olunan texnika ilə banka gəlib və bankın binasında böyük bir dəlik açıb. Bu zaman uğursuz çinlinin əməlini polis aşkar edir.
O etiraf edib ki, ekskavatorun köməkliyi ilə bankomatı açmaq və pulları oğurlamaq istəyib. Lakin o buna nail olmadı. İş texnikası isə həmin çinlinin özünə məxsusdur və yaxınlıqdakı inşaatların birində işləyirdi.
Fakt üzrə cinayət işi açılıb.