Azərbaycan Beynəlxalq Bankı Yeni il tətilini xaricdə keçirmək istəyən müştərilərinə digər beynəlxalq ödəniş sistemlərinə malik kartlarla yanaşı, “American Express” kartlarını da təklif edir. Bu kartların ən böyük üstünlüklərindən biri dünyanın müxtəlif ölkələrindəki ticarət və xidmət məkanlarında sahibinə böyük endirimlər qazandırmasıdır. Müştəri, eyni zamanda, “American Express”in müvafiq üzvlük proqramlarından da istifadə edərək müxtəlif güzəştlər əldə edir. Bundan başqa, 7/24 rejimində xidmət göstərən unikal “American Express Konsyerj” xidmətindən faydalanmaqla səyahətləri əvvəlcədən planlaşdırmaq, bu şəxsi köməkçinin dəstəyi ilə bir çox səyahət problemlərini (otel, bilet, taksi sifarişi və s.) asanlıqla yoluna qoymaq mümkündür. Bütün bunlar haqqında daha ətraflı məlumatlar https://www.americanexpress.com/ səhifəsində əks olunub.
Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankı Azərbaycan bazarında “American Express” kartlarını təklif edən yeganə bankdır. Bu kartları Bankın filial və şöbələrində sifariş vermək olar.
36 filiala və 40 şöbəyə malik olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə daha ətraflı məlumatı müştərilər www.ibar.az internet səhifəsindən, Bankın filial və şöbələrindən, yaxud (012) 937 və *8937 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərlər.