27 C
Baku
Tuesday, August 19, 2025

ABŞ-dan Rusiyaya qarşı yeni sanksiyalar – Diplomatlar ölkədən çıxarılır

ABŞ prezidenti Barak Obama Rusiya barəsində yeni sanksiyaların tətbiq edilməsi haqqında fərman imzalayıb. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, Amerikanın Maliyyə Nazirliyinin yaydığı məlumata görə, məhdudiyyətlər Rusiyanın Federal Təhlükəsizlik Xidməti daxil olmaqla, altı nəfərə və bu ölkənin 5 təşkilatına aid ediləcək.

Xüsusi halda, siyahıya Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsinin rəhbəri İqor Korobov və onun 3 müavini düşüb.

ABŞ 35 rusiyalı diplomatı ölkədən çıxarır

ABŞ hökuməti ölkədən 35 rusiyalı diplomatı çıxarır. APA-nın məlumatına görə, bu barədə “Röyters”ə Amerika administrasiyasından bildirilib.

Məlumata görə, onlar diplomatik fəaliyyətin qaydalarını pozmaqda ittiham olunurlar.

Diplomatlar 72 saat ərzində Vaşinqton və San-Fransiskodan çıxarılacaqlar.

Rusiyanın sanksiyaya cavabı: “Ağ ev”in sanksiyalarına adekvat cavab verəcək

Kreml “Ağ ev”in sanksiyalarına adekvat cavab veriləcəyini bildirib. “Report”un məlumatına görə, Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Kremlin Ağ Evin cavabının adekvat olacağını bildirib.

“Mən hələ ki, cavabın nədən ibarət olacağını deyə bilmirəm. Hərçənd, biz bilirik, burada qarşılıqlılıq prinsipi tamamilə alternativsiz hərəkət edir. Əlbəttə adekvat cavab veriləcək” – deyə Kremlin sözçüsü vurğulayıb.

O bununla bağlı addımların Rusiya Federasiyası prezidenti tərəfindən müəyyən ediləcəyini deyib.

“Vaşinqtonun belə qərarlarıyla əlaqədar yenə təəssüfümüzü ifadə edirik”, – deyə o əlavə edib.

Son xəbərlər
Digər xəbərlər