20 C
Baku
Friday, November 1, 2024

Deputatdan manatın gələcəyinə dair proqnoz

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, milllət vəkili Vahid Əhmədov 2017-ci ildə Azərbaycan iqtisadiyyatı ilə bağlı proqnozlarını verib.

Millət vəkili “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu il neftin qiymətində müəyyən sıçrayışlar ola bilər:

“Yəni, qiymət qalxmaları və enmələri gözlənilir. Manatın müəyyən qədər dəyərdən düşməsi yenə də davam edəcək. Çünki manat valyuta bazarında öz dəyərini almalıdır. Düzdür, “Strateji Yol Xəritəsi” təsdiqlənib.

Xəritədə göstərilənləri həyata keçirmək üçün operativ qərarlar verən, qərarı həyata keçirə bilən hökumət formalaşarsa, mənə elə gəlir ki, bu il müəyyən qədər problemlərin qarşısını ala bilərik.

Çünki hazırda “Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulan çox böyük layihələri həyata keçirmək üçün normal bir hökumətə ehtiyac var”.

Millət vəkili qeyd edib ki, 2017-ci ilin ikinci yarısında Azərbaycan iqtisadiyyatında müəyyən artımların olacağını hesab edir: “İlin birinci yarısında manat müəyyən qədər dəyərdən düşəcək. Lakin ikinci yarımillikdən müəyyən stabillik gözləmək mümkün olacaq.

“Strateji Yol Xəritəsi”ndə göstərilən məsələləri həyata keçirmək üçün maliyyə problemi var. Bunun üçün 27 milyard vəsait lazımdır. Bu vəsait haradan əldən olunacaq?

Əksər hissəsi, ola bilsin ki, xarici investisiyalar hesabına həyata keçirilsin. Çünki daxildəki investisiyalar kifayət qədər olmayacaq. Azərbaycanda bu gün həm institusional, həm struktur, həm də kadr islahatlarına çox böyük ehtiyac var”.

Onun sözlərinə görə, ilin axırında Milli Məclisdə bəzi qanunlara qalmaqallı dəyişikliklər edilib:

“Yeni qanunların da qəbul edilməsi gözlənilir. İnhisarçılığın qarşısını almaq üçün “Rəqabət Məcəlləsi haqqında” qanunun qəbul edilməsini gözləyirik.

Çox istərdik ki, maliyyə ilə əlaqədar müəyyən qanunlar qəbul edilsin. Büdcəyə nəzarət mexanizmini daha da formalaşdırmaq üçün “Maliyyə nəzarəti haqqında” qanun layihəsi qəbul olunmalıdır. İstəyirik ki, 2017-ci ildə müəyyən qədər iqtisadiyyatı stabilləşdirək”.

Son xəbərlər
Digər xəbərlər