10 C
Baku
Friday, November 1, 2024

Prudensial siyasət və metodologiya idarəsi – analitik (sığorta sahəsi üzrə)

Prudensial siyasət və metodologiya idarəsi – analitik (sığorta sahəsi üzrə)

Namizədə dair tələblər:

• Ali təhsil (İqtisadiyyat üzrə);

• Analoji sahə üzrə ən azı  2 il iş təcrübəsi;

• Analitik düşüncə və riyazi hesablama aparmaq qabiliyyəti;

• İşə yaradıcı yanaşmaq, yeni ideyalara malik olmaq və yeni ideyaları stimullaşdıra bilmək bacarığı;

• Yeni nəzəri və praktiki bilikləri mənimsəmək və tədqiqat aparmaq qabiliyyəti;

• İşlərin vaxt və icra baxımdan mükəmməl koordinasiyasını bacarmaq;

• İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;

• İT resursları və ofis proqramları ilə işləmək bacarığı.

İşin təsviri:

• Sığorta təşkilatlarının fəaliyyətinin tənzimlənməsi üzrə beynəlxalq standartlara uyğun normativ–metodoloji bazanın hazırlanmasına dəstək verir;

• Qabaqcıl beynəlxalq təcrübə və standartlara uyğun olaraq sığorta təşkilatlarının fəaliyyətinə nəzarət mexanizmlərinin tətbiq edilməsi üzrə təkliflər verir;

•  Sığorta sisteminin maliyyə sabitliyinə və dayanıqlığına təsir edə biləcək amilləri və risk faktorlarını mütəmadi olaraq müəyyənləşdirir və təhlil edir;

•  Aparılmış təhlillər əsasında yarana biləcək mümkün risklərin mitiqasiyası üzrə təkliflər hazırlayır;

•  Sığorta sektorundan daxil olan müraciətlərə baxır, məktub və sorğulara cavablar hazırlayır;

Vakansiyanın tələblərinə uyğun gəldiyiniz halda, CV formasını tam dolduraraq e-mailin “subject” hissəsində vakansiyanın adını qeyd etməklə [email protected] ünvanına göndərə bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər