12 C
Baku
Friday, November 1, 2024

Bankın kreditorlarının tələblərinin qeydiyyatı dayandırılıb

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) ləğvedicisi olduğu “Gəncəbank” ASC-nin kreditorlarının tələblərinin qeydə alınmasını dayandırıb. Bu barədə Fonddan bildirilib.

Məlumata görə, “Banklar haqqında” qanunun 76-cı maddəsinə uyğun olaraq, ləğvedici müflis elan olunmuş bankın kreditorlarının tələblərini onların təqdim etdiyi sənədlər və məlumatlar əsasında bankın müflis elan olunmasına dair bildirişin KİV-də ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində yazılı şəkildə qeydə alır.

Ləğv prosesində olan “Gəncəbank” ASC-nin kreditorlarının tələblərinin qeydə alınmasına 2 noyabr 2016-cı il tarixindən başlanılıb və proses 2 yanvar 2017-ci il tarixində başa çatdırılıb. Bundan sonra, kreditorların tələbləri qeydə alınmayacaq.

Son xəbərlər
Digər xəbərlər