18 C
Baku
Saturday, November 2, 2024

Azərbaycanda investorların maliyyə sektoruna marağı kəskin azalıb

Azərbaycanda maliyyə və sığorta sektoruna sərmayə qoyuluşu kəskin azalıb. Bu sahəyə investisiya qoyuluşu illik müqayisədə 86,3% azalaraq 2016-cı ilin yanvar-noyabr ayları ərzində 2,6 mln. manat təşkil edib.

Rəsmi statistikaya əsasən xəbərə görə, bu, ölkə iqtisadiyyatına cəmi investisiya qoyuluşunun 0,02%-ni əhatə edib.

Qeyd edək ki, 2015-ci ildə maliyyə və sığorta sektoruna investisiyalar 19,8 mln. manat (cəmi investisiyalarda – 0,1%), 2014-cü ildə 23,2 mln. manat (0,1%), 2013-cü ildə 12,0 mln. manat (0,07%), 2012-ci ildə 76,9 mln. manat (0,5%) təşkil edib.

Ötən ilin yanvar-noyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 13 009,1 mln. manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 28,0% az vəsait yönəldilib. Ümumi sərmayənin 33,0%-i dövlət, 67,0%-i qeyri-dövlət sektorunun sərmayədarlarının payına düşüb.

Son xəbərlər
Digər xəbərlər