11 C
Baku
Tuesday, November 5, 2024

Dövlət Neft Fondu açıq tender elan edir – 9 xidmət üzrə

Lot – 1. İnzibati binanın daşınmaz əmlakının və onun istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası və daşınar əmlakın könüllü sığortası xidmətlərinin satınalınması.

Lot – 2. Xırda avadanlıqların (qulaqcıqlar, yaddaş kartları, müxtəlif növ batareyalar və s.) satınalınması.

Lot – 3. Cisco İnformasiya Texnologiyaları avadanlıqlarına (SMARTNET) istehsalçı zəmanətlərinin 1 (bir) il müddətinə uzadılması xidmətinin satınalınması.

Lot  -4. Fiziki təhlükəsizliklə bağlı avadanlıqların (əleyhqazlar, fənərlər, dozimetrlər,  detektorlar və s.) satınalınması.

Lot -5. Şəbəkə təhlükəsizliyi idarəetmə sistemi üzrə texniki xidmətin satınalınması.

Lot – 6. Şəbəkə hücumlarını aşkarlama və mühafizə sistemi üzrə texniki xidmətin satınalınması.

Lot – 7. Dəyişikliklərin idarə olunması və təhlükəsizlik hadisələrinin  monitorinqi üzrə texniki  xidmətin satınalınması.

Lot –8. Mobil qurğuların, antivirus proqramların və zəifliklərin idarə olunması sistemləri üzrə  texniki xidmətin satınalınması.

Lot –9. Xidməti geyim formalarının (şalvar, köynək, papaq, pencək və s.) satın­alınması.

ARDNF Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 1999-cu il tarixli 240 №-li аərmanı ilə yaradılmış dövlət təsisatıdır. ARDNF barədə məlumatlarla http://www.oilfund.az  ünvanında yerləşən internet səhifəsində tanış olmaq mümkündür.

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, açıq tender ARDNF üçün malların, işlərin və xidmətlərin satınalınmasını əhatə edir.

Tender prosedurları 10 fevral 2017-ci il yerli vaxtla saat 10.00-da ARDNF-in yerləşdiyi Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 165 nömrəli ünvanda tender təkliflərinin (zərflərinin) açılışı ilə başlanacaqdır.

Tenderdə iştirak üçün təqdim ediləcək sənədlər:

• tenderdə iştirak etmək üçün ərizə;

• podratçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

• podratçının ixtisas göstəricilərinə dair məlumat;

• tender təklifi (tender təklifi qiymətinin 1 faizi həcmində tender təklifinin təminatı (bank təminatı) ilə birlikdə);

• podratçının son bir ildəki maliyyə vəziyyəti barədə bank arayışı.

Podratçılardan tələb olunan sənədlər 30 yanvar 2017-ci il yerli vaxtla saat 18.00-a qədər faks, elektron poçt və ya adi poçtla, tender təklifləri isə 9 fevral 2017-ci il yerli vaxtla saat 18.00-a qədər hər lot üzrə ayrı-ayrı zərflərdə olmaqla ikiqat zərfdə bağlanmış və möhürlənmiş şəkildə AZ1029, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 165 nömrəli ünvanda yerləşən ARDNF-ə təqdim edilməlidir.

Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində tərtib olunmuşdur.

Hər bir lot üçün iştirak haqqı 100 (yüz) manat məbləğdə müəyyən edilmişdir. Tenderin əsas şərtlər toplusu tenderdə iştirak edən podratçılara müvafiq lot üzrə iştirak haqqı göstərilən hesaba ödənildikdən sonra təqdim ediləcəkdir.

Azərbaycan Respublikası Dövlət Neft Fondu

Ünvan: AZ1029, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 165

VÖEN: 9900041961

H/h:AZ84NABZ01360400000000001944

Bank: Azərbaycan Respublikası Mərkəzi Bankı

Kod: 501004

VÖEN: 9900071001

M/h: AZ74NABZ01451700000000001944

S.W.İ.F.T BİK: NABZAZ 2C  

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Podratçıların səlahiyyətli nümayəndələri tender təkliflərinin (zərflərin) açılışında iştirak edə bilərlər.

Tenderlə əlaqədar suallar və sorğular [email protected] ünvanlı elektron poçta və ya (+994 12) 565 87 55 nömrəli faksa göndərilə bilər. Əlaqə telefonu: (+994 12) 498 77 53 (əlaqələndirici şəxslər: Lot -1 üzrə Elşad Bağırov (dax.: 1010), Lot -2-3 üzrə Orxan Şahverdiyev (dax.: 1202), Lot – 4-8 üzrə Nailə Məmmədli (dax.: 9005), hüquqi məsələlər üzrə Fatimə Səlimli (dax.: 8025).

Son xəbərlər
Digər xəbərlər