12 C
Baku
Sunday, November 24, 2024

Pulların təbiəti

Pulun mövcud olmadığı qədim zamanlarda insanlar “məhsul-məhsul” formuluna əsaslanan mübadilə vasitəsindən istifadə edirdilər. Tədricən bu mübadilə formasının inkişafı ilə əmtəə vasitəçilərinə ehtiyac yarandı və bu ümumi ekvivalent cəmiyyətin bütün qrupları üçün əlçatan oldu. Müxtəlif xalqlarda xüsusi əhəmiyyətli və eyni zamanda likvid məhsullar ümumi ekvivalentə çevrilirdi. Mübadilənin inkişafı gələcəkdə qızılı pulun ümumi və universal ekvivalentinə çevirdi.

Tədricən pulların materialının standartlaşdırılmasına ehtiyac yarandı və beləliklə sikkələr meydana gəldi. Lakin ilk sikkələrin harada zərb edildiyini dəqiq demək çətindir. Arxeoloji araşdırmalar nəticəsində müxtəlif dövrlərə aid sikkələr aşkar olunmuşdur. Eramızdan əvvəl VI əsrdə Lidiya çarı Krez ilk pul zərb etdirən hökmdarlardan olmuşdur. Mübadilə nəticəsində qonşu ölkələrə də gedib çıxan sikkələr Krezin zəngin sərvəti haqqında fikir formalaşdırırdı. Daha sonralar isə farslar, yunanlar, romalılar da sikkə zərb etməyə başladılar. Roma imperatoru Konstantin dövriyyəyə qızıl solidus adlı sikkələr buraxdırmışdı.

O bu pullar vasitəsilə romalılara xidmət göstərən alman muzdlularının əmək haqqlarını ödəyirdi. Bu dövrdən etibarən hərbçiləri “soldat” adlandırmağa başladılar.

Eramızdan əvvəl 650-ci ildə Çində mis sikkələri əvəz edən kağız pullar dövriyyəyə buraxıldı. Daha sonralar bir çox ölkələrdə də kağız pul çap etməyə cəhdlər olsa da bu cəhdlər uğursuzluqla nəticələndi. Və yalnız XVIII – XIX əsrlərdə kağız pulların geniş istehsalına başlanılır. İlk növbədə kağız pullar qızılın əvəzedicisi və qızılı tərkibə malik idi. XIX əsrdə yaranmış bu sistem “qızıl standartı” adını almışdı.

1944-cü ildə Amerika şəhərciyi “Bretton-Vuds”da “Bretton Vuds sistemi” adını almış “pul və maliyyə münasibətləri sistemi” qəbul olunmuşdur. Dolayı yolla ABŞ-ın qızıl məzmunu vasitəsilə qızılın pariteti müəyyən olundu. Bütün təbiəti və prinsipləri ilə Bretton Vuds sistemi sabit valyuta məzənnələrinin qızıl mübadilə sistemi idi. Bu sistemin mahiyyəti bununla izah olunur: Birləşmiş Ştatlar digər ölkələrin ilk tələbləri olaraq heç bir məhdudiyyət olmadan və istənilən miqdarda dolları qızıla çevirməli idi. Digər ölkələr öz valyuta məzənnələrini dollara görə müəyyən etməli idilər və həmçinin 1%-lik intervalla kursu qorumalı idilər.

1975-ci ildə Yamaykada yeni valyuta sistemi qəbul olundu. Yamayka sistemi öz xarakterinə görə sabit və üzən valyutaları kombinasiya edən bir sistemdir. Bu sistem ikitərəfli əsasla tənzimlənir, belə ki, çoxtərəfli əsaslı Ümumdünya Valyuta Fondunun mexanizmlərində olduğu kimi, ikitərəfli əsasda da iki ölkə arasında müqavilə bağlanması yolu ilə tənzimlənirdi.
Pulun təbiəti necədir? Bu məsələyə ən yaxşı anlayışlardan birini Karl Marks vermişdir: “Pullar – yalnız məhsulun mahiyyətindən ayrılan dəyər kursudur. Pullar öz mövcudluq tendensiyalarını özünü aşkar biruzə verən dəyər kursuna borcludur”. Alış-verişin baş tutması üçün istifadə olunan nə varsa bu pul hesab olunur.

Pulların təbiətini anlamaq üçün onların funksiyalarını nəzərdən keçirmək lazımdır:

Pullar mübadilə vasitəsi kimi: Pullar məhz bunun üçün yarandığı yaxud da hökumətin əhaliyə alış-veriş üçün əsas vasitə kimi təklif etdiyi səbəbindən əsas mübadilə vasitəsidir.

Pullar dəyərlik ölçüsü kimi (qiymət): Bu funksiyada pullar qiymətin miqyası və dəyərin qiymətləndirilməsi vasitəsi kimi təqdim olunur. Müxtəlif ölkələrdə dəyərin qiymətləndirilməsində müxtəlif pul vahidlərindən (dollar, funt sterlinq, avro, yuan, peso və s.) istifadə olunur. Burada hansı pul vahidindən istifadə edildiyi deyil, pul sisteminin sabitliyi mühüm haldır.

Pullar yığım vasitəsi kimi: Yığım kimi evlər, əşyalar, avtomobillər, zərgərlik əşyaları və s. istifadə oluna bilər. Bunlardan fərqli olaraq pulların əmanət kimi yığımına likvidlik xasdır. Çünki bu halda pullar istənilən vaxt istənilən məhsula çevrilə bilər. İnflyasiya yüksək olduqda pullar likvidlik xüsusiyyətlərini itirir və bu səbəbdən də yığımlıq vasitəsi olmaqdan uzaqlaşır. İnsanlar milli valyutalarını sabit pul sistemi və məhsullarla başqa ölkələrin valyutalarına mübadilə edirlər. Bu pulların sürətlə köhnəlməsinə və nəhayətində həmin ölkənin pul sisteminin dağılmasına səbəb olur.

Son xəbərlər
Digər xəbərlər