7 C
Baku
Sunday, December 15, 2024

Tramp “Twitter”də yazmağa davam edəcək

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp “Twitter”dəki şəxsi səhifəsini bağlamaq niyyətində olmadığını deyib.

D. Tramp “The Times” qəzetinə müsahibəsində andiçmədən sonra hansı ad altında “Twitter”də yazmağa davam edəcəyi ilə bağlı suala belə cavab verib: “Düşünürəm ki, “@RealDonaldTrump” səhifəsini saxlayacağam”.

D. Tramp bildirib ki, hazırda onun “Twitter” və “Facebook” səhifələrinin 46 milyon izləyəni var: “Mətbuat mənim haqqımda həqiqətləri yazmadığı üçün “Twitter” vasitəsilə öz fikrimi ifadə edirəm”.

Yeni prezident mikrobluqun idarə edilməsi işində ona bir neçə nəfərin yardımçı olduğunu söyləyib: “Mən onlara diktə edirəm və onlar yazır”.

Qeyd edək ki, D. Tramp yanvarın 20-də keçiriləcək andiçmə mərasimindən sonra ABŞ prezidentinin “Twitter”dəki rəsmi akkauntuna da (@POTUS) sahib olacaq.

MənbəLent.az
Son xəbərlər
Digər xəbərlər