“Atəşgah” Sığorta Şirkəti 1996-cı ildə təsis olunmuşdur. Şirkət müxtəlif sığorta məhsulları, o cümlədən, icbari, əmlak və qeyri-əmlak sığorta məhsullarının satışı ilə məşğuldur. Keyfiyyət və müştəri məmnuniyyətini əsas tutmaqla, “Atəşgah” Azərbaycanda sığorta şirkətləri arasında ilk olaraq İSO9001:2000 keyfiyyət standartı sertifikatına layiq görülmüşdür. Hazırda şirkətdə 500-ə yaxın əməkdaş çalışmaqdadır. “Atəşgah” daima öz işçilərinin inkişafını düşünərək, onlara geniş inkişaf imkanları yaradır. Daha ətraflı məlumat almaq üçün www.ateshgah.com saytına müraciət edə bilərsiniz.
İŞ PROFİLİ
Vəzifə: Proqramçı
Şöbə : İnformasiya texnologiyalarının tətbiqi şöbəsi
Vəzifə öhdəlikləri: Proqram təchizatı və məlumat bazasının tərtibatı və dəstəyi
Namizədə tələblər:
• Texniki sahə üzrə ali təhsil
• Proqramçı olaraq ən azı 1 illik iş təcrübəsi;
• .NET texnologiyaları üzrə yüksək biliklər(C#, ASP.NET MVC 4-5, WCF)
• HTML, CSS, JS, JQuery üzrə orta biliklər
• SQL üzrə orta biliklər
• Analitik düşünmə qabiliyyəti və fikrin strukturlaşdırılmış şəkildə təqdim edilməsi bacarığı, komanda tərkibində işləmə qabiliyyəti;
Dil bilikləri:
• Azərbaycan(yazılı və şifahi səlist ünsiyyət),
• İngilis vəya rus dilindən ən az birini yazılı və şifahi səlist ünsiyyət
Vəzifələr:
• “TFS” sistemi üzərindən müraciətləri qəbul etmək, işləmək və müraciətlərin həll prosesinə nəzarəti həyata keçirmək;
• Proqram təminatını yaratmaq;
• Proqram təminatında dəyişikliklər etmək;
• Proqram təminatında çıxan problemləri həll etmək;
• Proqram təminatında ilkin testləri aparmaq;
• Texniki sənədi təhlil etmək, yazmaq və ya dəyişdirmək;
• Birbaşa rəhbərin verdiyi xidməti tapşırıqları, göstərişləri keyfiyyətli və vaxtında yerinə yetirmək.
İş şərtləri:
• Qrafik: 09:00-18:00
• İş günləri: 7/5
• İş yeri: Baş ofis
• Ə/H: namizədin bilik keyfiyyətinə (test nəticələrinə) uyğun yüksək maaş
Maraqlananlar öz CV formalarını [email protected] ünvanına göndərə bilər
(məktubun mövzu bölməsində Proqramçı qeyd etmək mütləqdir).
Yuxarıda qeyd olunanları nəzərə alaraq bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.